Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Şəkil
Ünvan
Gəncə, 135 Attarlar küçəsi
Məkan haqqında

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası şəhərin aparıcı mədəniyyət ocaqlarından biridir. O, yüksək səviyyəli tədbirlər təşkili və əla zal akustikası ilə tanınır ki, bu da onu konsertlər və digər mədəni tədbirlər üçün ideal məkana çevirir.Gəncə Filarmoniyası bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə 1935-1936-cı illərdə qoyulub. Bina Gəncənin Nizami rayonu, Cavad Xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində, sökülən Bakı kinoteatrının yerində yerləşir. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja vardır. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovunheykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.


AFİŞA

Bizim partnyorlar